AUT.AZ

Zorlamada ittiham olunan futbolçu bəraət aldı

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudun üzərindən bütün ittihamlar götürülüb.

Xatırladaq ki, 2022-ci ilin yanvarında sosial şəbəkələrdə Qrinvudun keçmiş sevgilisi tərəfindən zorakılığa məruz qaldığını bildirən bir sıra fotolar yayıldıqdan sonra o, evində saxlanılmışdı.

Futbolçu zorlama, təcavüz, cinsi təcavüz və ölümlə hədələmədə şübhəli bilinirdi. 2 fevral 2022-ci ildə o, zaminə buraxılıb. İyun ayında onun girov müddəti uzadılıb.

2022-ci ilin oktyabrında Qrinvud girovu pozduğuna görə həbs edildi – onu zorlamada ittiham edən qızla əlaqə saxlamışdı.

Aut.az xəbər verir ki, Mançester polisi bu gün bildirib ki, Qrinvud yuxarıdakı ittihamların hamısına görə bəraət alıb:

“21 yaşlı gəncin barəsində 2022-ci ilin yanvarında başlanmış istintaqla bağlı cinayət işinə xitam verilib. İşin mediada geniş işıqlandırılmasını nəzərə alaraq, onun artıq mühakimə olunmadığını bildiririk”.

Exit mobile version