AUT.AZ

Rekord ardınca rekord – “Qalatasaray”dan

“Qalatasaray”ın “Umraniyəspor” üzərində qələbəsi komanda üçün rekordlarla əlamətdar olub.

Aut.az xəbər verir ki, Türkiyə Super Liqasının 22-ci turu çərçivəsində keçirilən görüşdə rəqibini 3:2 hesabı ilə məğlub edən “sarı-qırmızılar” çempionatdakı qələbə seriyasını 11-ə çatdırıb. İstanbul nəhəngi bununla tarixinin ən yaxşı qələbə seriyasını təkrarlayıb. Əvvəlki göstərici 1988-ci ilin aprel-sentyabr aylarında qeydə alınıb.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk da tarixi rekorda şərik çıxıb. O, ən uzun qələbə seriyasına malik olan yerli mütəxəssislərə – Şenol Güneş və Ziya Doğana çatıb. Hər üç məşqçinin aktivində 11 ardıcıl qələbə var. Gənc mütəxəssisin komandası növbəti turda da meydanı 3 xalla tərk edərsə, rekord ona məxsus olacaq.

Exit mobile version