AUT.AZ

“Qarabağ” Portuqaliyadan futbolçu alır – Rəsmi təklif göndərdi

LISBON, PORTUGAL - JANUARY 8: Telmo Arcanjo of CD Tondela during the Liga NOS match between SL Benfica and CD Tondela at Estadio da Luz on January 8, 2021 in Lisbon, Portugal. (Photo by Gualter Fatia/Getty Images)

Qış fasiləsində Adama Diakabi, Redon Cica və Yassin Benzia ilə müqavilə imzalayan «Qarabağ»ın növbəti transfer hədəfi məlum olub.

Aut.az xəbər verir ki, Azərbaycan çempionu Telmu Arkanju ilə təmasa keçib.

«Köhlən atlılar» Kapo-Verde yığmasının yarımmüdafiəçisini heyətinə qatmaq üçün ilk addımı da aıtb. Ağdam təmsilçisi bu məqsədlə «Tondela»ya rəsmi təklif göndərib.

«Qarabağ» afrikalı hücumameylli oyunçuya 4 illik müqavilə təklif edib.

«Belenseneş»in yetirməsi 2019-cu ildən «Tondela»nın formasını geyinir və meydana çıxdığı 26 matçda hələ qol vurmayıb.

Exit mobile version