“Qarabağ”dan “Ferentsvaroş”a transfer olunan Kvabena Ovusu Macarıstan çempionatında keçirdiyi ilk oyununda qol vurub.
Qanalı forvard IV turdan təxirə salınmış “Paks”a qarşı keçirilən səfər görüşündə komandasının ilk qoluna imza atıb.
65-ci dəqiqədə meydana daxil olan Ovusu 72-ci dəqiqədə hesabı bərabərləşdirən qolu vurub. Matç isə “Ferentsvaroş”un 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Yanvarın 31-də Budapeşt klubu ilə 2 illik müqavilə bağlayan afrikalınin bu performansı “Qarabağ”ı sevindirməyə bilməz.
Sabiq hücumçusu mövsümün qalan rəsmi oyunlarının 50 faizində meydana çıxarsa, “Ferentsvaroş”dan 100 min avro əlavə bonus alacaq.