AUT.AZ

“Neftçi”nin şikayəti təmin olunmadı

Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib.

Aut.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin keçən il dekabrın 15-də I Divizionda çıxış edən “Neftçi-2″nin baş məşqçisi Rəşad Abdullayev barəsində verdiyi 5 oyunluq kənarlaşdırma cəzası və 400 manatlıq cərimə qüvvədə saxlanılıb.

Abdullayev “Araz Naxçıvan”la XIV tur matçında hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alıb.

Exit mobile version