AUT.AZ

Gerye Bəxtiyar Vahabzadənin şeirini niyə paylaşıb?

“Zirə”nin yeni futbolçusu Donald Gerye diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, ötən gün Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən “Neftçi” ilə oyunda “qartallar”ın heyətində debüt edən haitili futbolçu qırmızı vərəqə alaraq diqqətləri özünə cəlb edib. O, bundan sonra tənqid hədəfinə çevrilib.

Bu gün isə Gerye “İnstaqram” paylaşımı ilə diqqət çəkib. O, Bəxtiyar Vahabzadənin “Yaşdan gileyliyəm” şeirindən kiçik misra paylaşıb. Özü də həmin şeiri söyləyən məhrum aktyorumuz Həsən Əblucun şəkli ilə. Daha əvvəl 2 dəfə Azərbaycanda legioner həyatı yaşayan 34 yaşlı futbolçunun bununla nə demək istədiyi məlum deyil.

Donaldın şeirdən paylaşdığı bənd isə budur:

Mən on beş yaşımda, iyirmi yaşımda

Elə bilirdim ki, qırx qocalıqdır.

Əlliyə çatıram, ancaq başımda

Uşaqlıq həvəsi hələ qalıbdır.

Exit mobile version