AUT.AZ

 “Dinamo”nun əmlakını yağmalayırlar

Kiyev “Dinamo”sunun Krımda olan əmlakı işğalçılar tərəfindən müsadirə olunur.

Aut.az xəbər verir ki, bunu Krımın qondarma parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib:

“Dinamo” futbol klubunun daşınmaz və daşınar əmlakı milliləşdirilməli olan obyektlərin siyahısına əlavə edilib”.

Konstantinovun sözlərinə görə, söhbət Orconikidze kəndində yerləşən iki torpaq sahəsindən gedir.

Xatırladaq ki, bundan əvvəl Krım parlamentinin bir sıra ukraynalı oliqarx və iş adamlarının əmlakının milliləşdirilməsi ilə məşğul olacağı barədə məlumat yayılmışdı.

Exit mobile version