AUT.AZ

“Ayaks”ın yeni baş məşqçisi məlum oldu – RƏSMİ

Niderlandın “Ayaks” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Aut.az xəbər verir ki, Amsterdam təmsilçisini Con Heytinqa çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Con Heytinqa daha əvvəl “Ayaks”ın gənclər komandasını çalışdırıb.

Qeyd edək ki, “Ayaks” bir neçə gün əvvəl Alfred Şroderi istefaya göndərib.

Exit mobile version