AUT.AZ

Alvesə daha bir şok xəbər – 5 milyon…

“Pumas” klubu cinsi təcavüzə görə həbs edilən Dani Alvesdən milyonlarla dollar təzminat tələb edir.

Aut.az xəbər verir ki, braziliyalı polis tərəfindən saxlanılan kimi Meksika təmsilçisi onunla müqaviləyə xitam verib. Klub müqaviləni pozulmasına görə, futbolçudan 5 milyon dollar təzminat tələb edir.

“Pumas” müqavilədə qeyd olunan maddələrə əsasən belə qərar verib. Bildirilir ki, sözləşmədə, “ictimailəşən hər hansı qalmaqalda iştirak” və ya “ölkənin qanunlarına görə cinayət sayılan hər hansı hərəkətə yol verilərsə” futbolçunun cərimələnəcəyi ilə bağlı bəndlər var.

Klub sözügedən maddələrə istinad edərək hesab edir ki, Alves maddi təzminat ödəməlidir.

“Pumas” FİFA və ya hər hansı digər səlahiyyətli orqana müraciət etmək hüququna malikdir.

Exit mobile version