AUT.AZ

Açıqlandı – Ronaldonun məvacibi bu büdcədən ödənilir

“Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldonun yeni komandasında ilk ayı tamam olub. Bu o deməkdir ki, futbolçu Səudiyyə Ərəbistanı təmsilçisindəki ilk maaşını alıb. Bəs bu necə reallaşıb?

Aut.az xəbər verir ki, portuqaliyalı superulduzun məvacibinin yalnız 10%-ni “sarı-göylər” ödəyib. Maaşın digər hissəsi isə dövlət büdcəsi tərəfindən qarşılanıb. Bu barədə “The Athletic” məlumat yayıb.

Bu, rəsmən açıqlanmasa da, gözlənilməz deyil. Çünki Səudiyyə Ərəbistan dövləti DÇ-2022-dən sonra klublara müraicət edərək ulduz futbolçu transfer etmələrini istəyib. Bildirilib ki, bu istiqamətdə onlara maliyyə dəstəyi ayırmağa hazırdılar.

Exit mobile version