AUT.AZ

ABŞ-dan gözlənilməz jest – Rusiyalılar qayıdır

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya və Belarus idmançılarını neytral statusda beynəlxalq yarışlara qaytarmağı planlaşdığı barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, ABŞ Olimpiya Komitəsinin yeni rəhbəri Cen Saykes BOK-un bu addımını dəstəkləyib. O, müəyyən şərtlər qarşısında sözügedən ölkədən olan idmançıların yarışlara buraxılmasına razı olduğunu bildirib:

“Biz ABŞ-da bir çox idmançını dinləmişik və onların dünyanın ən yaxşıları ilə yarışmaq istəklərini başa düşürük. Ancaq oyun təhlükəsiz və ədalətli olarsa, bu plan reallaşa bilər. BOK mövcud sanksiyaları qoruyub saxlamalı, prosesi öyrənməyə davam etməlidir. Yalnız neytral və təmiz idmançıların yarışmasına icazə verilməlidir”.

Qeyd edək ki, BOK-un fevral və ya martda bu məsələ ilə bağlı yekun qərar verəcəyi gözlənilir.

Exit mobile version