AUT.AZ

100 milyonluq transfer qalmaqala səbəb oldu – Araşdırma başladı

Bir müddət öncə “Şaxtyor”dan 100 milyon avro müqabilində “Çelsi”yə transfer olunan Mixail Mudrik gündəmdən düşmək bilmir.

Aut.az xəbər verir ki, ukraynalı futbolçu təkcə keçidinin qiymətinə görə müzarkirə edilmir. Onun yarım il əvvəl etdiyi paylaşım İngiltərədə ciddi müzakirələrə səbəb olub.

Ötən gün məlum olub ki, Mudrik həmin vaxt irqçiliyi təbliğ edən və mətnində qadağan edilmiş ifadələr olan treki özü həvəskar şəkildə oxuyaraq paylaşıb. Bu məsələ ictimailəşdikdən sonra həmin paylaşım Mixailin hesabından silinib. Lakin futbolda irqçilik əleyhinə olan “Kick It Out” (KİO) hərəkatının fəalları məsələyə ciddi yanaşıblar. Onlar 100 milyonluq ukraynalının sərt şəkildə cəzalandırılmasını tələb ediblər.

“Mixail ötən ilin iyul ayında paylaşdığı bu video ilə kimisə incitdiyinə görə çox təəssüflənir. O, yaşananlara görə təəssüflənir və bunun düzgün olmadığını ürəkdən etiraf edir. Video artıq silinib” – deyə Mudrikin nümayəndəsi bildirib.

KİO futbolçunun üzürxahlığına belə cavab verib: “Bütün oyunçuların platformalarını öz üstünlükləri üçün istifadə etmələri vacibdir. Biz şadıq ki, Mixail Mudrik başa düşüb ki, bu təhqiramiz ifadənin istifadəsi digər insanlara zərər verir”.

“Kick It Out” futbolçunu bağışlasa da, İngiltərə Futbol Assosiasiyası baş verənlərlə bağlı intizam araşdırmasına başlayıb. Mudrikin hnsı cəzaya məruz qalacağı məlum deyil.

Exit mobile version