AUT.AZ

Ərəblərin yeni planı – Bu dəfə hədəfdə onlardır

Daha iki futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Aut.az xəbər verir ki, dövlət rəhbərləri ölkənin DÇ-2030-a ev sahibliyi etmək şansını artırmaq üçün “Real”ın iki futbolçusunun Səudiyyə Ərəbistanı klublarında oynamasını arzulayır. Söhbət Luka Modriç və Kərim Benzemadan gedir. Bu barədə “El Mundo” məlumat yayıb.

Bildirilir ki, İspaniya təmsilçisi ilə müqavilələrinin müddəti cari mövsümün sonunda başa çatacaq Modriçlə Benzemanın hərəsinə illik 30 milyon avro maaş təklif ediləcək. Ərəblərin, artıq sözügedən ulduzlarla danışıqlara başladığını vurğulayıb.

Qeyd edək ki, portuqaliyalı superulduz Kriştiano Ronaldo artıq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun formasını geyinir. Onun məvacibi illik 217 milyon avro təşkil edir. Həmin pulun böyük hissəsi – 90 %-i dövlət tərəfindən ödənir.

Exit mobile version