AUT.AZ

“Şaxtyor”un direktoru da saxlanıldı

Futbolda danışılmış oyunlarla bağlı daha bir məlumat yayılıb.

Aut.Az  xəbər verir ki, xoşagəlməz olay Belarusda yaşanıb.

 

“Belşina” klubunun kapitanı Dmitri Qomza bir neçə gün öncə ölkə prezidenti Aleksandr Lukaşenkonun xüsusi xidmət orqanının əməkdaşları tərəfindən həbs edilib.

Xəbərə görə, sözügedən oyunçunun “Belşina” – “Şaxtyor” matçında bilərəkdən penaltiyə səbəb olması ilə bağlı əsaslı şübhələr yaransa da, o, 2 gündən sonra  sərbəst buraxılıb. Mənbə yanvarın 30-da “Şaxtyor”un direktoru Aleksandr Marçenkonun da klubun ofisinə gələn şəxslər tərəfindən saxlanıldığını açıqlayıb.

Exit mobile version