AUT.AZ

“Qarabağ”a xəbərdarlıq: Şəxsi problemləri var, mental düşüncəsi də…

“Onun texnikası çox yüksəkdir”.

Aut.az xəbər verir ki, bu sözləri “A Spor”un “Fənərbağça”lı müxbiri Ahmet Selim Kul deyib. Türkiyə mediasının tanınan ismi “Qarabağ”la uzunmüddətli müqavilə imzalayan Yassin Benzianın fərdi məziyyətlərindən danışıb.

Həmkəramız Əlcəzair millsinin də formasını geyinmiş fransalı hücumameylli yarımmüdafiəçinin hazırda karyerasının eniş mərhələsini yaşadığını söyləyib:

“O, “Fənərbağça”yə gəlməyə razılıq verəndə, klub rəhbərliyi “biz gözümüzə inana bilmirik” demişdi. Benzia bu etimadı doğrultmadı, ondan gözləntilərin çox-çox altında qaldı, böyük xəyal qırıqlığı yaratdı.

Vaxt var idi, Fransa futbolunun ən parlaq gənclərindən biri sayılırdı. Zəki futbolçudur. Amma heç cür “partlayış” edə bilmədi.

Hesab edirəm ki, ona hələ vaxr vermək lazımdır. İnsanları həyəcanlandıra biləcək istedadı yerindədir.

Benzianın futbolda istədiyi yerə gələ bilməməsinin səbəbi mental problemlərdən qaynaqlanır. “Fənərbağça”da oynadığı dönəmdə öyrənmişdim ki, şəxsi problemləri üzündən özünü tam olaraq futbola verə bilmir.

Onun bu problemləri bir kənara qoyaraq, ağlını yalnız futbola verməsi lazımdır. Bunu bacarsa, futbolu ilə onu izləyənlərə keyf verəcək. “

Qarabağ”a transfer olunması qiymətli hadisədir. Düzdür, Benzia indi karyerasının eniş dönəmini yaşayır.

Təmkinli olmaqda fayda var. “Qarabağ”ın məşqçilərinin, rəsmilərinin Benzianı fikrini yönəldə bilsə, bundan hər iki tərəf qazanacaq.

Benziaya sehrli toxunuş lazımdır. O. Türkiyədə fikrini futbola vermədi, diqqəti yayınırdı.

Bu da Benzianın istedadından istifadə edə bilməməsinə səbəb oldu. Ümid edirəm, Azərbaycanda bu cür yadda qalmaz, geridönüş edər”. (Sportinfo.az)

Exit mobile version