AUT.AZ

“Qalatasaray”ın müdafiəçisi PSV-də

Niderlandın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Eyndhoven təmsilçisi “Qalatasaray”dan Patrik van Aanholtu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı sol cinah müdafiəçisi mövsümün sonuna kimi icarə əsasında PSV-də çıxış edəcək.

Qeyd edək ki, “Qalatasaray” Patrik van Aanholtu 2021-ci ilin yayında “Kristal Pelas”dan transfer edib. Təcrübəli sağ cinah müdafiəçisi cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Exit mobile version