AUT.AZ

“Barselona” futbolçusunu “Sportinq”ə göndərdi

“Barselona”nın futbolçusu Hektor Belyerin karyerasını Portuqaliyada davam etdirəcək.

Aut.az xəbər verir ki, ispan müdafiəçi “Sportinq”lə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında “Sportinq”də forma geyinəcək.

Belyerin bu sezon “Barselona” ilə 7 matça çıxıb.

Exit mobile version