AUT.AZ

Azərbaycan yığmasında daha bir itki

Azərbaycsn cüdoçusu Orxan Səfərov Paris “Böyük Dəbilqə” turnirdə iştirak etməyəcək.

Aut.az xəbər verir ki,  4-5 fevral tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində 66 kq çəki dərəcəsində çıxış etməli olan Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərov xəstələndiyinə, yüksək hərarəti və öskürəyi olduğuna görə milli yığmanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.

 

Orxan Səfərovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Qeyd edək ki, daha əvvəl 60 kq çəkidəki milli üzvü Kəramət Hüseynovun zədə səbəbindən turniri buraxacağı açıqlanmışdı.

Exit mobile version