AUT.AZ

55 yaşlı yapon indi də bu ölkədə oynayacaq

Müqavilə hüququ “Yokohama”ya məxsus olan 55 yaşlı yaponiyalı hücumçu Kazu Miura karyerasını Portuqaliyada davam etdirəcək.

Aut.az xəbər verir ki, o,  mövsümün sonuna qədər icarə əsasında Portuqaliyanın ikinci liqa klubu “Oliveirense”də çıxış edəcək.  Bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Miura1982-ci ildə ilk dəfə Yaponiyadan kənarda oynadı, Braziliyanın “Atletiko Juventus” klubuna keçdi. Onun Braziliyadakı karyerası 1990-cı ilə qədər davam edib, sonra isə vətəninə qayıdıb. Daha sonra İtaliyada “Genoa”, Xorvatiyada Zaqreb “Dinamo”su və Avstraliyada “Sidney” komandalarında çıxış edib. 17 ildir ki, “Yokohama”da oynayır.

Exit mobile version