AUT.AZ

47 illik həsrətə son

“Nyukasl” 47 ildən sonra ilk dəfə İngiltərə Liqa Kubokunun finalına yüksəlib.

Aut.az xəbər verir ki, Eddi Haunun baş məşqçilik etdiyi komanda yarımfinalda “Sauthempton”a qalib gəlib. Nəticədə “Nyukasl” 47 ildən sonra bu turnirin finalına vəsiqə qazanıb.

Daha əvvəl klub yalnız 1 dəfə – 1975/76 mövsümündə həlledici görüşə çıxıb. Həmin vaxt isə “Nyukasl” finalda “Mançester Siti”yə uduzub.

Qeyd edək ki, “Nyukasl”ın finaldakı rəqibi “Nottingem Forest” – “Mançester Yunayted” cütünün qalibi olacaq.

Exit mobile version