AUT.AZ

Əliyev Xorvatiyada Mahir Emreli ilə görüşdü – FOTO

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyada bu gün start götürəcək “Zaqreb Open” turnirində iştirak edəcək.

Aut.az xəbər verir ki, Əliyev bu ölkənin “Dinamo” komandasında forma geyinən Mahir Emreli ilə görüşüb. Bununla bağlı azərbaycanlı forvard instaqram hesabında paylaşım edib. Görüşdə amerikalı güləşçi Kayl Snayder də iştirak edib.

Əliyev ilin ilk reytinq turnirində bu gün 1/4 finalda gürcüstanlı Giorgi Eblakidze ilə qarşılaşacaq.

Emreli bu mövsüm “Dinamo” ilə 12 oyunda 3 qol vurub.

Exit mobile version