AUT.AZ

“Traktor”dan jest

Cənubi Azərbaycan təmsilçisi “Traktor” maraqlı jest edib.

Aut.az xəbər verir ki, Təbriz klubu ölkə çempionatının 18-ci turu çərçivəsində keçiriləcək “Foulad” komandası ilə oyunun biletlərinin satışından əldə olunan gəliri xeyriyyə məqsədi üçün istifadə edəcək. Fevarında 1-də keçiriləcək matçdan toplanacaq vəsait Xoy bölgəsində zəlzələdən zərərçəkənlərə veriləcək. Bu barədə “Traktor” rəsmi məlumat yayıb.

Qeyd edək ki, yanvarın 28-də Güney Azərbaycanın Xoy bölgəsində zəlzələ olub. Təbii fəlakət nəticəsində 3500-dən artıq yaşayış binası dağılıb. Təbii fəlakət nəticəsində ölənlər və yaralananlar var.

Exit mobile version