AUT.AZ

“Neftçi”də istefa – “Kamran Quliyevlə işləmək mümkün deyil” deyərək…

“Neftçi”nin düşərgəsindəki gərgin vəziyyət davam edir. Əsas komanda ilə yanaşı, futbol akademiyasında da vəziyyət yaxşı deyil.

Aut.az-ın əldə etdiyi məlumata görə, klubun prezidenti Kamran Quliyevdən davam edən narazılıq aşağı yaş qrupları üzrə komandalara qədər gedib çıxıb.

Quliyevin məşqçilərin işinə qarışması və idarəçilikdəki nöqsanlar artıq məşqçiləri də bezdirib. Bunun nəticəsi kimi U-13 komandasının baş məşqçisi Rafail Yusifov və köməkçi məşqçi Alim Qurbanov istefa verib. Onlar “Kamran Quliyevlə işləmək mümkün deyil” deyərək “Neftçi”dən gediblər.

Aut.az

Exit mobile version