AUT.AZ

İngiltərə nəhənginin futbolçusu “Bayern Münhen”də – RƏSMİ

Almaniyanın “Bayern Münhen” klubu rəsmi saytı vasitəsi ilə “Mançester Siti”nin portuqaliyalı cinah müdafiəçisi Joau Kanselunu sıralarına cəlb etdiyini açıqlayıb.

Aut.Az xəbər verir ki, Kanselu cari mövsümün sonuna qədər icarəyə götürülüb.

 

Münhen təmsilçisi icarə müqaviləsinin müddəti başa çatandan sonra arxa xətt oyunçusunun transfer hüquqlarına da yiyələnə bilər.

Daha öncə son vaxtlar az oynayan Joaunun “şəhərlilər”in baş məşqçisi Xosep Quardiola ilə münasibətlərinin pozulduğu və bu səbəbdən iş yerini dəyişməyə can atdığı ilə bağlı xəbərlər yayılmışdı.

Qeyd edək ki, Kanselu “Mançester Siti”yə 2019-cu ilin yayında “Yuventus”dan transfer edilib.

Exit mobile version