AUT.AZ

FİFA və UEFA-dan tələb etdi: Bunu dayandırın

Ukrayna Futbol Federasiyası FİFA və UEFA-ya müraciət edib.

Aut.az xəbər verir ki, Ukrayna tərəfi Türkiyədəki qış təlim-məşq toplanışında Avropa komandalarının Rusiya klubları ilə hər hansı yoldaşlıq görüşləri keçirməsinə etiraz edib. Bu barədə “The Athletic” məlumat yayıb. Müraciətdə deyilir:

“Türkiyədə keçirilən oyunlar qeyri-rəsmi statusa malik olsa da, biz bunu Rusiya idmanının təcrid olunmasının pozulması hesab edirik.

Ölkənin heç bir nümayəndəsinin beynəlxalq tədbirlərdə, o cümlədən idmanda iştirak etmək hüququ yoxdur. Rusiya və Belarus tamamilə təcrid olunmalıdır”.

Aut.az

 

Exit mobile version