AUT.AZ

“Real”ın bu seriyası başa çatdı

Madrid “Real”ının uzun müddətdir davam edən uğurlu seriyası başa çatıb.

Aut.az xəbər verir ki, bu, La Liqanın 19-cu turu çərçivəsində keçirilən “Real Sosyedad”la qolsuz heç-heçə bitən oyunda baş verib. Karlo Ançelottinin rəhbərlik etdiyi komanda cari mövsümündə ilk dəfə qol vura bilməyib.

Eyni zamanda, ötən mövsümdən davam edən seriya da başa çatıb. “Real” ümumilikdə 30 rəsmi oyundan sonra ilk dəfə fərqlənə bilməyib. “Qalaktikos”un qol seriyasına məhz San-Sebastian təmsilçisi son qoyub.

Qeyd edək ki, Madrid klubu sonuncu dəfə meydanı, ötən ilin mayın 20-də baş tutan “Betis”lə La Liqa oyununda qolsuz tərk edib.

Exit mobile version