AUT.AZ

“Qarabağ” “Porto”nun sabiq qapıçısına təklif göndərdi və…

Şahruddi Məhəmmədəliyevin zədələnməsindən sonra qapıçı axtarışında olan “Qarabağ” daha bir qolkiperə təklif göndərib.

Aut.az xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı Vana Alves üçün Kiprin “Aris” klubunun “qapısını döyüb”. Bu barədə “themasports.tothemaonline.com” məlumat yayıb. Bildirilir ki, Limassol klubu “atlılar”ın 32 yaşlı Alves üçün göndərdiyi təklifi rədd edib.

Qeyd edək ki, 2021-ci ildən “Aris”də çıxış edən Alves daha öncə Braziliyanın “Koritiba” və Portuqaliyanın “Porto” klublarında çıxış edib.

 

Exit mobile version