AUT.AZ

Pelenin “fırtınalı gəncliyi”: Nə qədər uşağı olduğunu bilmir

Pelenin ölümü bütün dünya, xüsusən də ailəsi üçün faciədir. Əfsanəvi futbolçunun övladları ataları ilə vidalaşsın deyə, son günlərini onların yanında keçiriblər. Söhbət yalnız Pelenin yeddi tanınmış varisindən gedir. Onun “fırtınalı gəncliyi” olub.

Aut.az xəbər verir ki, onun yaşadığı eşq hekayələrinin sayı dəqiq məlum deyil. Əslində bu fikir ona məxsudur. “Düzünü desəm, bir neçə sevgi romanım olub. Nə qədər uşağım olduğunu təsəvvür belə edə bilmirəm!” – deyə Pele “Netflix”dəki filmində deyib. Beləcə, haqqında yayılan şaiyələrin əsassız olmadığını təsdiq edib.

Rozmero dos Reys Şolbi ilə ilk evliliyindən Pelenin üç uşağı – 2 qızı və 1 oğlu olub. Edinho kimi tanınan oğlu Edson atasının yolunu davam etdirməyə çalışsa da, futbolçu karyerasından çox kriminal əməlləri ilə gündəmi zəbt edib. 2005-ci ildə Edinyo narkotik qaçaqmalçılığına görə həbs olunub. Ancaq Pelenin oğlu məsuliyyətdən yayına bilib.

Bundan sonra isə məşqçilik karyerasına başlayıb. Hətta “Londrine”də baş məşqçi olmağı bacarıb. Atasının səhhəti pisləşdikdən sonra Edinyo xəstəxanada ona baxmaq üçün postunu tərk etməli olub. Bacısı Keli də çətin günlərdə ona daim dəstək olub. Xəstəxanadan paylaşılan fotoşəkillər bundan xəbər verir.

Assuriyalı Seişaş Lemos ilə evlilikdən dünyaya gələn əkiz qardaşlar – Coşua və Seleste də çətin anlarda atalarına dəstək olublar. Hər ikisi futbolla məşğul olsa da, uğur qazana bilməyiblər.

Əfsanəvi futbolçunun daha 2 qız övladı olub. Sandra Maçado atasından əvvəl – 2006-cı ildə xərçəng xəstəliyindən vəfat edib. Flavia Kurts da əfsanəvi futbolçunun qeyri-qanuni qızı olsa da, daim diqqətində olub. Pele onunla xüsusi rəftar edib: “O, danışmağa başlayanda, üzünü görəndə anladım ki, bu, mənim ailəmdir” – deyə Kurts bildirib.

Exit mobile version