AUT.AZ

Özü də milyonlar alacaq, meneceri də

Yeni mövsümdən PSJ-də çıxış edəcək müdafiəçi Milan Şkrinyarın Fransa təmsilçisindəki maaşı məlum olub.

Aut.az xəbər verir ki, parislilər ona ildə 11 milyon avro ödəyəcəklər ki, bunun da 2 milyonu bonusdur. Həmçinin, 27 yaşlı futbolçu sözləşməni imzaladıqdan sonra 16 milyon avro bonus da qazanacaq. Daha 4 milyon isə onun menecerinə komissiya haqqı olaraq ödəniləcək. Müqavilənin müddəti isə 2027-ci ilə qədər olacaq.

Bu o deməkdir ki, Şkrinyarın keçidi PSJ-yə ümumilikdə 75 milyon avroya başa gələcək.

Qeyd edək ki, futbolçunun hazırkı klubu “İnter” rəhbərliyi də slovakiyalı müdafiəçini komandada saxlamaq üçün ona yeni müqavilə təklif edib. Lakin Milan təmsilçisinin şərtləri PSJ-dən xeyli aşağı olub. İtaliya klubu Şkrinyara 6,0 ​​milyon + 500 min avro bonus təklif edib.

Exit mobile version