AUT.AZ

Məcbur etdilər, üzr istədi

“Marsel”in ukraynalı yarımmüdafiəçisi Ruslan Malinovski Liqa 1-in 20-ci turunun oyunundan (1:1) sonra “Monako”nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovini qucaqladığı üçün üzr istəyib.

Aut.az xəbər verir ki, futbolçu bu hərəkətinə görə ölkəsində kəskin tənqid edilirdi. Malinovski sosial şəbəkə hesabında belə yazıb:

“Monako”nun oyunçusunun jestinə cavab verdiyim üçün ukraynalılardan üzr istəmək istəyirəm. Başa düşürəm ki, ondan yan keçmək daha yaxşı olardı, amma elə oldu ki, yanıma gəlib salam verdi. Oyundan sonra bütün oyunçular bir-biri ilə əl sıxır və mən bunu sırf mexaniki şəkildə etdim.

Hazırda bunun sizin üçün nə qədər vacib olduğunu başa düşürəm. Fərdi idman növündə heç vaxt rusiyalı idmançıya qarşı mübarizə aparmazdım. Rusların beynəlxalq yarışlardan kənarlaşdırılmasını tam dəstəkləyirəm”.

 

 

 

Exit mobile version