AUT.AZ

Lunyov “Qarabağ”a gəlir? – Əmrah Çəlikəl açıqladı

“Qarabağ”ın “Bayer”in rusiyalı qapıçısı Andrey Lunyovla danışıqları nəticəsiz qalıb.

Aut.az xəbər verir ki, bunu klubun idman direktoru Əmrah Çəlikəl “Championat.com” saytına açıqlamasında deyib:

“Təəssüf ki, Andrey Lunyovun transferi ilə bağlı “Bayer”lə razılaşa bilmədik. Danışıqlar başa çatıb”.

Daha əvvəl futbolçunun agenti qolkiperin karyerasını Türkiyədə və İngiltərə çempionatında davam etdirmək variantının olduğunu bildirmişdi.

 

31 yaşlı Lunyov 2021-ci ildə Sankt-Peterburq “Zenit”indən pulsuz olaraq “Bayer”ə keçib.

Exit mobile version