AUT.AZ

Həbsxanadan bəyanat yaydı: “Məni heç nə qorxutmur”

Həbsdə olan braziliyalı keçmiş müdafiəçi Dani Alves məhkəmə işinin istənilən nəticəsini qəbul etməyə hazır olduğunu bildirib.

Aut.az xəbər verir ki, bu barədə Alvesin həbsxanadan yaydığı bəyanda deyilir:

“Mən istənilən nəticəni qəbul edəcəm. 15 yaşım olanda doğmalarımdan ayrıldım, evdən çıxdım. Həyatımda çox çətin vəziyyətlərin öhdəsindən gəlmişəm. Bu da keçəcək, başqa biri olacaq. Məni heç nə qorxutmur”.

Alves hazırda Kataloniyanın paytaxtı yaxınlığındakı Sant Esteve Sesrovires şəhərində yerləşən “Brians 2” həbsxanasındadır.

Futbolçu yanvarın 20-də girov hüququ olmadan zorlamada şübhəli bilinərək dəmir barmaqlıqlar arxasına salınıb.

 

Exit mobile version