AUT.AZ

“Everton”un yeni baş məşqçisi açıqlandı

İngiltərənin “Everton” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Şon Dayç çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son iş yeri “Börnli” olan 51 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Everton” bir neçə gün öncə Frenk Lempardı istefaya göndərib.

Exit mobile version