AUT.AZ

Həbsxanada futbol oynadı

Braziliyalı müdafiəçi Dani Alves həbsxanada ilk matçına çıxıb.

Aut.Az xəbər verir ki, informasiyanı “La Vanguardia” yayıb.

Xəbərə görə, məşhur futbolçu cümə axşamı digər məhkumlarla futbol oynayıb. Alvesin iştirakı ilə baş tutan qarşılaşmanın dəmir barmaqlıqlar arasında olan digər şəxslər arasında böyük ajiotaj doğurduğu bildirilib. Mənbə Alvesin özü üçün aldığı qida məhsulları və digər əşyalar barədə də məlumat verib. “Barselona”nın sabiq üzvünün 4 qutu ton balığı konservi, 4 yoqurt, şampun və bir neçə energetik içki götürdüyü vurğulanıb.

Xatırladaq ki, Alves zorlama ittihamı ilə nəzarətə götürülüb. Onu 4 ildən 12 ilədək həbs cəzası gözləyir.

Exit mobile version