AUT.AZ

Cokoviçin atası Rusiya bayrağına görə cəzalanacaq?

Avstraliya Tennis Federasiyası serb tennisçi Novak Cokoviçin atası Srcan Cokoviçi Rusiya bayrağı ilə şəkil çəkdirdiyinə görə cəzalandırmaqdan imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “Tennis Up to Date” nəşrinə qurumun icraçı direktoru Kreyq Tayli məlumat verib.

Tayli bildirib ki, Cokoviç “Australian Open”in qaydalarını pozmayıb, lakin etdiyi hərəkətə görə açıqlama verməli olacaq:

“Bu, qəsdən olub, amma onunla razıyam ki, heç kimə zərər vermək məqsədi daşımayıb”.

Srcan Cokovic Rusiya bayrağı ilə bağlı insident səbəbindən oğlunun iştirakı ilə keçirilən Avstraliya Açıq çempionatının yarımfinalını və finalını buraxıb. O, qalmaqalın iştirakçısı olmağı planlaşdırmadığını bildirib. Tennisçinin atası, oğlunun qələbəsini qeyd etdiyini və bu səbəbdən pərəstişkarları ilə foto çəkdirdiyini vurğulayıb.

Exit mobile version