AUT.AZ

Bu ailə A seriyasının tarixinə necə düşdü?

Simeone ailəsi – “Napoli”nin futbolçusu Covanni Simeone və onun, hazırda “Atletiko”nu çalışdıran atası Dieqo Simeone İtaliya A Seriyasının tarixinə düşüblər.

Aut.az xəbər verir ki, bu, Covanninin ötən gecə yarışın 20-ci turunda “Roma” ilə oyunda fərqlənməsi ilə reallaşıb. Nəticədə daha əvvəl “Cenoa”, “Fiorentina”, “Kalyari”, “Verona”nın da formasını geyinən 27 yaşlı forvard A seriyasıda 70-ci qolunu vurub.

Futbolçu karyerası ərzində “Piza”, “İnter” və “Latsio”da çıxış edən Dieqo Simeone isə İtaliyadakı karyerasında 30 qol vurub. Beləliklə, Simeone ailəsinin təmsilçiləri A Seriyasında 100 qola sahib olublar. Onlar bunu bacaran 5-ci ailədirlər.

A seriyasında 100 və daha çox qol vuran ailələr:

Mazzola – 221 qol (Sandro-116, Valentino-93, Ferruççio-12);

Savoldi – 180 qol (Cüzeppe-168, Canluici-7, Canluka-5);

Kyesa – 174 qol (Enriko-138, Federiko-36);

Vieri – 160 qol (Roberto-18, Kristian – 142);

Simeone – 100 qol (Dieqo-30, Covanni-70).

Exit mobile version