AUT.AZ

Avtomobilini evinə qədər təqib etdilər, ölümlə hədələdilər

“Napoli”-“Roma”  matçından sonra romalı yarımmüdafiəçi Nikolo Dzanolonun avtomobili paytaxt təmsilçisinin bir qrup azarkeş tərəfindən təqib edilib.

Aut.az “Rai Sport”a istinadən xəbər verir ki, futbolçu, transfer pəncərəsi bağlanana qədər başqa komandaya keçməyə ümid etdiyi üçün klub rəhbərliyi ilə razılaşaraq son matçı buraxıb.

“Roma”nın məğlubiyyətindən narazı qalan azarkeşlər Nikolonu tanıyıb evə qədər təqib ediblər. Bundan sonra onu ölümlə hədələyib, təhqiramiz ifadələr işlədiblər. Futbolçu polis çağırmaq məcburiyyətində qalıb. Polisin gəldiyini görən fanatlar hadisə yerini tərk ediblər.

Xatırladaq ki, onun xidmətində “Milan”, “Tottenhem”, “Arsenal” və “Nyukasl” maraqlı olsalar da, bu klubların heç biri Dzanolonun transferinə nail ola bilməyib və ya razılığa gəlməyə çalışmayıb.

Daha sonra “Bornmut” futbolçu ilə maraqlansa da, bu dəfə o özü İngiltərə klubunun təklifindən imtina edib və bu da, “Roma”nın sahibi Den Fridkini hiddətləndirib.

Aut.az

 

 

Exit mobile version