AUT.AZ

Ailə qalmaqalı bitmir: O da Nara ilə… – Fotolar

İkardi ailəsi ilə bağlı qalmaqallı xəbərlər dərc edilməkdə davam edir.

Aut.az xəbər verir ki, bu dəfə məlum olub ki, Mauro həyat yoldaşı Vandanın Moskva “Spartak”ının futbolçusu Keyta Balde ilə xəyanət etməkdə şübhələnir. Argentinalı bunun üçün hətta Baldanın həyat yoldaşına da müraciət edib.

İkardi ailəsinin olduğu bütün hekayələr həmişə qarışıq olur. Budəfəki hadisələrin mərkəzində olan isə Baldenin xanımı Simone Quatyeridir.

Simone 1990-cı ildə İtaliyada anadan olub. O, Keytadan beş yaş böyükdür. Quatyeri məşhur model və teleaparıcıdır. Bir neçə dəfə gözəllik müsabiqələrində iştirak edib və İtalyadakı əyləncəli televiziya şousunun aparıcısı olduqdan sonra populyarlıq qazanıb.

Simone “İnter”in fanatıdır və Balde ilə tanış olmazdan əvvəl Stefan El Şaaravi ilə birlikdə olub. Keyta ilə tanışlığı 2017-ci ildə Romada başlayıb. “Barselona”nın yetirməsi o vaxt “Latsio”da çıxışır edirdi. Cütlük münasibətlərə həmin ilin yayında futbolçu “Monako”ya transfer olunanda başladılar.

Ancaq oların Fransa macərası uzun çəkmədi. Seneqallı vinger 2018-ci ildə İtaliyaya qayıtdı. O, əvvəlcə icarə əsasında Simonenin sevimli komandası “İnter”də, sonra isə “Sampdoriya” və “Kalyari”də oynadı.

2 övladı olan cütlük 2022-ci ilin mayında münasibətlərini rəsmiləşdirib.

Exit mobile version