AUT.AZ

Ronlado bu restorana gəldi, rəqs etdi – Gedəndə də…

Mad Gee təxəllüsü ilə tanınan amerikalı dicey Kriştiano Ronaldo ilə restoranda necə tanış olduğundan danışıb.

Aut.az xəbər verir ki, hadisə “Əl-Nəsr”in forvardının iki mühafizəçi və menecmentinin müşayiəti ilə gəldiyi Ər-Riyaddakı elit yapon restoranı “Miyazu”da baş verib. Dicey hadisəni belə təsvir edib:

“Mən sözün əsl mənasında şokda idim. Ronaldo orada iki saata yaxın qaldı. Musiqini çox xoşladı.

Kriştiano oturduğu yerdə rəqs edir, əllərini qaldırıb salfetini yelləyirdi. Bizə bir neçə dəfə gülümsədi və bu, buzları qırdı.

Gedəndə DJ kabinəsində bizə baxdı, sonra gülümsədi, qayıdıb bizimlə əl sıxdı.

Mən çox sevindim və onun necə şirin və təvazökar olduğuna təəccübləndim. O dedi: “Musiqi heyrətamizdir. Mən mütləq qayıdacağam”.

Exit mobile version