AUT.AZ

Nə baş məşqçi, nə də rəhbərlik ona hörmət etmirmiş

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “Mançester Yunayted”lə bağlı rezonans doğuran müsahibə verdiyi jurnalist Pirs Morqan futbolçunun “Əl-“Nəsr”ə keçidi haqda danışıb.

Aut.az xəbər verir ki, Morqan Ronaldonun MY-dən ayrılma səbəbini də deyib. O, portuqal futbolçuya klubda hörmət edilmədiyini bildirib:

“Ronaldo “Mançester Yunayted”dən azad olmaq istəyirdi. Hiss edirdi ki, nə baş məşqçi, nə də klubun yüksək rəhbərliyi tərəfindən ona hörmət edilmir.

İdeal olaraq, məncə o, Çempionlar Liqasında başqa top-klubda bir və ya iki il oynamağa üstünlük verərdi. Lakin “Əl-Nəsr” ona heyrətamiz bir təklif etdi.

Məncə, bu, dünyanın yeni bölgəsində futbolun profilini yüksəltmək yeni çağırışdır. İnanılmaz karyerasının qürub çağında bu çağırış onu həqiqətən cəlb etdi”.

 

Exit mobile version