AUT.AZ

Mourinyodan müəmmalı təbrik

Bu gün “Roma” A seriyasının 20-ci turunda “Napoli” ilə qarşılaşacaq.

Aut.az xəbər verir ki, “Roma”nın baş məşqçisi oyundan əvvəl fikirlərini bildirib. O, ikibaşlı danışıb, “Napoli”nin çempionluq münasibətilə təbrik edib, baxmayaraq ki, çempionatın sonuna hələ çox var:

“Mövsümün ilk günündən bəri izlədiyimiz  “Napoli”ni görəcəyimizi düşünürük. Ümid edirəm ki, məni düzgün başa düşəcəklər, amma “Napoli”ni çempionluq münasibətilə təbrik edirəm. Skudetto onlarındır, onlar buna layiqdirlər.

Bu, ən güclü komandadır, onların yaxşı məşqçisi, əla oyunçuları var. Onlar yayda əla iş gördülər və indi də yaxşı işləyirlər. Onları 2-ci yerdən 12 xal ayırır (20-ci turdan öncə vəziyyət belə idi). Bu, böyük boşluqdur”.

 

Exit mobile version