AUT.AZ

Moda həftəsinə getdi, onun dilinə düşdü

“Bavariya”nın idarə heyətinin sədri Oliver Kan Bundesliqanın 18-ci turunun “Ayntraxt”la oyunundan (1:1) sonra münhenli yarımmüdafiəçi Serj Qnabri ətrafında yaranmış vəziyyətdən danışıb.

Aut.az xəbər verir ki, Qnabri Paris Moda Həftəsinə getdiyi üçün tənqid atəşinə tutulub. Kan “Sky Germany”ya açıqlamasında məsələyə belə münasibət bildirib:

“Uzun müddətdir Almaniya futbolunun ən çətin dövrlərindən birini yaşayırıq. Dünya çempionatında uğursuz çıxış etdik. Futbolçulara dincəlmək üçün kifayət qədər vaxt verdik. İndi biz layiqli çıxışlar gözləyirik və tələb edirik.

Bir oyunçu komandanın ən yaxşı vaxtını keçirmədiyini biləndə meydana çıxıb iki və ya üç qol vuraraq matçın ən yaxşısı olmalıdır. Bu, düzgün cavab olardı. Düşünürəm ki, Qnabri bunu başa düşdü və indi biz ondan gözlədiyimiz performansı alacağıq”.

Exit mobile version