AUT.AZ

Mərakeş millisinin üzvü “Marsel”də

“Marsel” Mərakeş millisinin üzvü ilə anlaşıb.

Aut.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Anje”nin yarımmüdafiəçisi Azeddin Unain bundan sonra “Marsel”də çıxış edəcək.

“Barselona”nın da transfer siyahısında yer almış 22 yaşlı futbolçu üçün “Anje”yə 8 milyon avro ödənilib. Müqaviləyə əsasən mərakeşli 2027-ci ilin 30 iyununa qədər hazırkı klubuna məxsus olacaq.

Mərakeş millisinin üzvü əvvəllər “Strasburq”, “Avranş”da çıxış edib.

Exit mobile version