AUT.AZ

Hər şey mentalitetdən asılıdır, hələ ki, kef çəksin

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero Lionel Messinin 2026-cı il dünya çempionatında oynaya biləcəyinə inanır.

Aut.az xəbər verir ki, bu barədə “Infobae” məlumat yayıb. Aquero inamını belə əsaslandırıb:

“Belə davam etsə, Leonun 2026-cı il dünya çempionatına asanlıqla gedəcəyini düşünürəm. Sonda hər şey düşüncədən, mentalitetdən asılıdır. İndi isə əldə etdiyi uğurun dadını çıxartsın, kef çəksin.

Növbəti dünya çempionatına hələ üç il qalıb. Messi Qətərdə göstərdi ki, yaxşı fiziki formada ola bilər”.

DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.

 

Exit mobile version