AUT.AZ

Dərhal tibbi müayinəyə gedib və təsdiqlənib ki…

“Barselona”nın hücumçusu Usman Dembele Avropa Liqasının 1/16 final mərhələsinin “Mançester Yunayted”lə hər iki matçını buraxa bilər.

Aut.az xəbər verir ki, Fransalı futbolçu La Liqanın 19-cu turunun “Jirona” ilə görüşündə zədələnib. Futbolçu dərhal tibbi müayinəyə gedib və axşam saatlarında bud əzələsinin zədələnməsi ilə bağlı məlumat təsdiqlənib.

“Marca”nın məlumatına görə, Dembele ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Ümumilikdə o, təxminən beş matçı buraxacaq.

Kataloniyalıların “Mançester Yunayted”lə ilk oyunu fevralın 16-da, cavab oyunu fevralın 23-də keçiriləcək.

Exit mobile version