AUT.AZ

Bomboş olan büdcə

 İtaliyanın “İnter” klubu maddi çətinlik ucbatından yeni futbolçular transfer edə bilmir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Alfredo Pedula “tvitter” hesabında paylaşım edib. O, Milan klubunun büdcəsinin boş olduğunu yazıb:

“İnter”in transfer büdcəsi sıfırdır! İdarə heyəti çıxılmaz vəziyyətə düşüb”.

“İnter” bu mövsüm 19 oyundan sonra 37 xal toplayıb və İtaliya çempionatında 4-cü yerdə qərarlaşıb. Komanda lider “Napoli”dən 13 xal geri qalır.

“İnter” 2022/23 mövsümündə “Latsio”dan Xoakin Korreanı 23,6 milyon avroya transfer edib. Henrix Mxitaryan və Andre Onana azad agent kimi kluba qoşulub. Müdafiəçi Françesko Açerbi və hücumçu Romelu Lukaku müvafiq olaraq “Latsio” və “Çelsi”dən icarə əsasında Milan təmsilçisinə keçib.

 

Exit mobile version