AUT.AZ

40 milyon avroluq transfer

“Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Everton”dan Antoni Qordonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Nyukasl” Qordon üçün “Everton”a 40 milyon avro ödəyəcək.

İngilis futbolçu bu mövsüm Mersisayd klubunda 18 oyunda 3 qol vurub.

Exit mobile version