AUT.AZ

Onun oğlu da namizəddir

Karlo Ançelottinin oğlu David Ançelotti “Everton”u çalışdıra bilər.

Aut.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 33 yaşlı keçmiş futbolçu “Everton”un baş məşqçi postuna namizədlərdən sayılan Marselo Byelsaya alternativ kimi dəyərləndirilir.

Hazırda David “Real”ın məşqçilər korpusunda çalışır.

“Everton” 2023-cü ilin yanvarında baş məşqçi Frenk Lempardı və onun köməkçilərini istefaya göndərib.  Mersisayd təmsilçisinin müvəqqəti baş məşqçisi Leyton Baynesdir.

Exit mobile version