AUT.AZ

Mourinyo “Roma”dan qaçır? – Planı bəllidir

Joze Mourinyo baş məşqçisi olduğu “Roma”dan ayrılmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilib ki, portuqaliyalı mütəxəssis Roma klubunun rəhbərliyinin maliyyə dəstəyinin olmamasından məyus olub.

Onun məqsədi “Çelsi”yə qayıtmaqdır. Mourinyonun menecerləri bu məsələni müzakirə etmək üçün artıq London klubunun rəhbərliyi ilə əlaqə saxlayıblar. Ancaq “zadəganlar” komandanın hazırkı baş məşqçisi Qrem Potterə tam dəstək olduqlarını bildiriblər.

Mourinyonun həyat yoldaşı və uşaqları hələ də Londonda yaşayır. Ona görə də İngiltərə Premyer Liqasında işləmək onun üçün əsas hədəfdir.

Qeyd edək ki, Joze Mourinyo iki dəfə (2004-2007 və 2013-2015) “Çelsi”də baş məşqçi kimi çalışıb.

Exit mobile version