AUT.AZ

Mahir oynadı?

Futbol üzrə Xorvatiya çempionatında 19-cu turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” doğma meydanda “Lokomotiva”nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 70-ci dəqiqədə Yosip Drmiçin əvəzinə meydana daxil olub.

Xallarını 45-ə yüksəldən “Dinamo” liderliyini davam etdirir. Zaqreblilər ən yaxın izləyicisi olan “Hayduk”u 7 xal qabaqlayır.

Exit mobile version